ABŞ-da Trampın prezident seçilməsi ilə bağlı etiraz aksiyaları artır
11.11.2016 794 0.0 0

ABŞ-ın Oreqon ştatının Portland şəhərində Donald Trampın prezident seçilməsinə qarşı etiraz aksiyaları iğtişaşlara çevrilib.

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, şəhər polisinin yaydığı məlumatda bildirilir ki, etirazçılar daşlarla silahlanıblar.

 

Polis kütləyə qanunsuz aksiya təşkil edildiyini bildirib və onları dağılışmağa çağırıb. Yerli sakinlərə və qonaqlara etiraz aksiyasının keçirildiyi ərazilərdən keçməmək məsləhət görülür.

 

Hələlik xəsarət alan və saxlanılanlar barədə məlumat yoxdur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar