ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırır
16.03.2017 700 0.0 0

Dünya birjalarında neft yenidən bahalaşır.

 

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar və ya 0,55% artaraq 49,13 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar və ya 0,62% artaraq 52,13 dollar olub.

 

Maraqlıdır ki, neftin bahalaşması ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılması fonunda baş verib. ABŞ Mərkəzi Bankı tərəfindən dollar bahalaşdırılandan sonra dünya bazarında neftin ucuzlaşacağı gözlənilirdi, lakin əks proses baş verdi.

Neftin bahalaşmasına ABŞ-da kommersiya ehtiyatlarının həcminin azalması səbəb olub. Ötən gün açıqlanan rəsmi statistikaya əsasən, bu il ilk dəfə olaraq ABŞ-da kommersiya neft ehtiyatları azalıb. Belə ki, ötən həftə ərzində ABŞ-ın kommersiya ehtiyatlarında 237 min barel azalma baş verib.

 

Xatırladaq ki, ötən gün FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) ikigünlük iclası başa çatıb. FED uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% qədər artırıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar