ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırır
23.12.2016 774 0.0 0

Dünya birjalarında neft ucuzlaşıb.

 

Qazeta.info APA-ya xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar azalaraq 52,71 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,21 dollar azalaraq 54,84 dollar olub.
 

Qeyd edək ki, dünya bazarında neftin ucuzlaşmasına səbəb kimi ABŞ-da neft ehtiyatının artması göstərilir.

 

 

Azərbaycan nefti ucuzlaşmaqda davam edir.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,12 dollar və ya 0,21% azalaraq 56,23 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar