ABŞ-da anarxistlər iğtişaşlar törədib, saxlanılanlar var
02.05.2017 552 0.0 0

ABŞ-ın Portlend şəhərində (Oreqon ştatı) 1 May Beynəlxalq Əmək günü ilə əlaqədar keçirilən yürüş iğtişaşlarla nəticələnib.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bir qrup anarxist polis əməkdaşlarına “Molotov kokteylləri” və tüstü şaşkaları atıb, polis avtomobilini yandırıb və ətrafdakı evlərin şüşələrini sındırıblar.

 

Polis, öz növbəsində, gözyaşardıcı qazdan və səsli qumbaralardan istifadə edib.  

 

Hadisə nəticəsində 3 nəfər həbs olunub. Xəsarət alanlar barədə məlumat verilmir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar