ABŞ Azərbaycan prezidentinin əfv sərəncamını alqışlayıb
18.03.2016 512 0.0 0

ABŞ Azərbaycan prezidenti İlham Əliyevin əfv  sərəncamı imzalamasını və məhkəmənin jurnalist Rauf Mirqədirovun azadlığa buraxılması barədə qərar qəbul etməsini alqışlayıb. Məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir. Bəyanatda   ABŞ-ın Azərbaycan hökumətinin atdığı  müsbət addımı alqışladığı vurğulanır.
 
“Biz əlavə müsbət addımlar üzrə Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik”, - deyə bəyanatda qeyd olunur.    
 
Qeyd edək ki, martın 17-də  Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 148 məhbus azadlığa qovuşub. Onların arasında ictimai-siyasi fəaliyyəti ilə tanınmış şəxslər də var.
 
Həmçinin ötən gün məhkəmə dövlətə xəyanət ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilən Rauf Mirqədirovun 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxılması barədə qərar qəbul edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar