ABŞ-a məxsus qırıcı təyyarə qəzaya uğrayıb
30.03.2016 480 0.0 0

Əfqanıstanda yerləşən “Bağram” aviabazasında ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus “F-16” qırıcı təyyarəsi havaya qalxarkən qəzaya uğrayıb. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.   
 
“Təyyarə 20.30 radələrində “Bağram” aerodromundan havaya qalxarkən qəzaya uğrayıb. Özünü  katapult edən pilot xilas olunub”, - deyə o brifinqdə bildirib.  
 
Qəzanın səbəbləri araşdırılır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar