Abituriyentlərin nəzərənə! - Vaxt bu gün başa çatır
02.09.2019 478 0.0 0

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

 

Qazeta.info DİM-in məlumatına əsasən bildirir ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlər 2 sentyabr saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar