Abdulla Gülün mühafizə xidmətində çalışmış polis şəhid olub - FOTO
08.09.2015 700 0.0 0

Bu gün Türkiyənin İğdır vilayətində baş verən terror aktında həlak olan polislərdən biri Abdulla Gülün prezidentliyi dövründə onun mühafizə xidmətində çalışıb.
 
 “Vatan” qəzetinin saytına istinadən verilən xəbərə görə, şəhid polis məmuru Fəhmi Şahin A. Gülün prezidentliyi dövründə onun şəxsi mühafizəçilərindən biri olub. A. Gülün səlahiyyət müddəti başa çatdıqdan sonra F. Şahin İğdıra, Dilucu gömrük-keçid məntəqəsinə göndərilib. 
 
Qeyd edək ki, bu gün səhər polisləri Dilucu gömrük-keçid məntəqəsinə aparan mikroavtobus PKK terrorçuları tərəfindən partladılıb. Nəticədə 13 polis əməkdaşı şəhid olub./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar