Abbas: “Paris konfransı Yaxın Şərq probleminin həlli üçün son imkan ola bilər
14.01.2017 754 0.0 0

“Yanvarın 15-də Parisdə keçiriləcək İsrail-Fələstin Yaxın Şərq  probleminə dair beynəlxalq konfrans münaqişənin “2 ölkə” prinsipi əsasında həlli üçün son imkan ola bilər”.
 
TASS-a istinadən verilən xəbərə görə, bunu Fələstin Muxtariyyətinin lideri Mahmud  Abbas deyib. 
 
O bildirib ki, Paris konfransı Fələstinin tanınması və iki ölkə prinsipinin həyata keçirilməsi üçün sonuncu şans ola bilər: “Biz Fələstin dövlətinin tanınması uğrunda həmişə mübarizə aparmışıq. İndiyədək Fələstini dünyanın 138 ölkəsi tanıyıb. Digər ölkələrin ictimaiyyəti isə öz hakimiyyətlərini analoji addım atmağa çağırır. Məsələn, Fransa parlamenti öz hökumətinə bununla bağlı müraciət  edib. Mən Fransa prezidenti Fransua Ollandla danışıqlarda bu məsələni qaldıracağam”.
 
Konfransın məqsədlərinə gəldikdə isə M. Abbas qeyd edib ki, problemin həlli üçün beynəlxalq hüquq, BMT qətnamələri və 1967-ci ilin sərhədlərini özündə əks etdirən ”2 ölkə” prinsipinə söykənən beynəlxalq mexanizm yaradılmalıdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar