`WhatsApp` messencerində statuslar rəngli olacaq
22.08.2017 680 0.0 0

“WhatsApp” messencerində statuslar rəngli olacaq. İstifadəçilər fonun rəngini və yazının şriftini seçməklə yanaşı, həm də istinadlar əlavə edə bilərlər.  Hələ ki yeni imkan yalnız bəzi istifadəçilərdə peyda olub, amma tezliklə hamı üçün əlçatan olacaq.

Qazeta.info “ICTnews” saytına istinadən bildirir ki, “Facebook” ötən ilin sonunda rəngli statusları yoxlamağa başlayıb və o, 2017-ci ilin martında sosial şəbəkənin bütün istifadəçilərinə əlçatan olub. İndi növbə  “WhatsApp” messencerinə çatıb.

Rəngli statusların istifadəçilərin əksəriyyəti tərəfindən qıcıqlandırıcı hesab edilməsinə baxmayaraq,  “Facebook” yeni funksiyanı öz proqramlarına əlavə etməyə davam edir. Şirkət  hesab edir ki, bu, istifadəçilərin cəlb edilməsini artırır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar