`Qarabağ` klubu Nikaraqua millisinin futbolçusu ilə maraqlanır
17.07.2017 765 0.0 0

“Qarabağ” klubu Nikaraqua millisinin futbolçusu Xuan Barrera ilə maraqlanır. Elnuevodiario.com.ni saytına istinadən verilən məlumata görə, Ağdam təmsilçisi hazırda Qvatemalanın “Komunikasyones” komandasında forma geyinən 28 yaşlı cinah yarımmüdafiəçisini transfer etmək istəyir.

“Qarabağ”ın nikaraqualı futbolçu üçün klubuna 400 min dollar ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” yay fasiləsində Abbas Hüseynov (“İnter”), Anton Kanibolotski (Şaxtyor, Ukrayna), Yakub Jezniçak ("Legiya", Polşa) və Donald Gerryeri ("Alanyaspor", Türkiyə) heyətinə qatıb. Nikaraqu yığması ilə 42 oyuna çıxıb, 10 qol vuran Xuan Barrera daha əvvəl ölkəsində “Real Esteli”, “Valter Ferretti”, Panamanın “Tauro”, Venesuelanın “Deportivo Petare”, Avstriyanın “Villa Austria” və “Altax” komandanlarının formasını geyinib.  /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar