`Ofeliya` qasırğası səbəbindən Tallində çirkli yağış yağıb
18.10.2017 702 0.0 0

Estoniyanın paytaxtı Tallin şəhərinə çirkli yağış yağıb.

Estoniya KİV-lərinə istinadən verilən xəbərə görə, "Ofeliya" qasırğası ölkəyə Portuqaliyada baş vermiş yanğınlardan sonra yaranmış tüstü və hisi, Saxara səhrasından isə toz dumanını gətirib. Bu səbəbdən ölkə ərazisində çirkli yağış müşahidə olunub.

Sinoptiklərin sözlərinə görə, baş verənlər müvəqqəti haldır.

Hazırda havanın kimyəvi tərkibi haqda məlumat yoxdur.

Qeyd edək ki, Portuqaliyada meşə yanğınları nəticəsində 27 nəfər həlak olub, 51 nəfər xəsarət alıb. Onlardan 15-nin vəziyyəti ağırdır. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar