`Neyt` ABŞ-da 100 mindən çox insanı elektrik enerjisindən məhrum edib
08.10.2017 814 0.0 0

`Neyt` qasırğası səbəbindən ABŞ-ın  Missisipi və Alabama ştatında 100 mindən çox insan elektrik enerjisindən məhrum olub.

 

“ABC News” telekanalına istinadən veri məlumata görə, mütəxəssislər enerji təchizatının bərpası istiqamətində işləri davam etdirir.

 

ABŞ Qasırğaları Müşahidə Mərkəzi “Neyt” qasırğasının tufan səviyyəsinə endiyini, tufanın mərkəzində küləyin sürətinin saatda 110 km olduğunu açıqlayıb. Hazırda “Neyt” saatda 37 km sürətlə şimala doğru hərəkət edir.

 

Qeyd edək ki, bundan öncə Luiziana və Florida ştatlarında “Neyt” qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib. Missisipi ştatının bir neçə dairəsində də fövqəladə vəziyyət rejimi elan olunub.

 

Xatırladaq ki, “Neyt” qasırğası Mərkəzi Amerikada 20 nəfərdən çox insanın ölümünə səbəb olub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar