`Maşın Şou`dan bir gecədə iki nəfər getdi
09.06.2017 964 0.0 0

“O, “Maşın Şou”da bir neçə dəfə iştirak edib. Şounun tarixində də yaddaqalan iştirakçı olub”. APA TV-nin məlumatına görə, bunu əməkdar artist Murad Dadaşov “Maşın Şou-Qarşıdurma”nın dünənki buraxılışında müğənni Nadir Qafarzadə haqqında deyib.

 

Bəli, bu dəfə gözünü səsvermə nəticələrinə dikən məhz Nadir olub. O, hədəf olaraq Sərxan Kərəmoğlunu seçib. Sərxan Kərəmoğlu isə ona bu fürsəti verməyib. Nadir səs toplasaydı belə, Sərxanı oyundan kənarlaşdıra bilməyəcəkdi. Çünki Sərxan özü əlini maşından çəkib.

 

Oyunun qaydalarına görə, nəzərdə tutulan hədəf əlini maşından çəkirsə, səsvermə kürsüsünə çıxan şəxs yeni hədəf müəyyənləşdirə bilər. Nadir Qafarzadənin növbəti hədəfi isə rejissor Aqil M. Quliyev oldu. Amma Nadirin bu istəyi də ürəyində qaldı. Verilişin sonlarına yaxın heç kimi çıxarmayacağını desə də, yetəri qədər səs toplaya bilməyib şounu tərk etdi.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar