`Mariya` qasırğası Dominika baş nazirinin evini uçurub
19.09.2017 502 0.0 0

Karib dənizində maksimal 5-ci dərəcəyədək güclənən “Mariya” qasırğası  Dominika Birliyinin baş naziri Ruzvelt Skerritin evini uçurub.

 

Məlumata görə, baş nazir bu barədə özünün “Feysbuk” səhifəsində yazıb.

 

“Şiddətli külək evin damını uçurub. Təbii fəlakət qarşısında acizəm. Hazırda evi su basır”, yazan R.Skirret daha sonra xilas edildiyini bildirib.

 

Qeyd edək ki, 2015-ci ilin avqustunda “Erika” qasırğası Dominika adasında ciddi fəsadlar törədib.

 

Donald Tramp "Mariya” qasırğası ilə əlaqədar Karib dənizində ABŞ-a məxsus Vircin adalarında fövqəladə vəziyyət elan edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar