`Keçmiş yoldaşımın qəbrini onun arvadı ilə birlikdə ziyarət edirik` - Video
30.12.2021 431 0.0 0

"Həyat yoldaşım dünyasını dəyişəndə elə bildim dünya uçub, altında qalmışam. İlahi, o nə hissdir... İnsan qəribə məxluqdur. Bilməzdim ki, onun üçün o qədər yanacam. deyirdim, görəsən bu halım keçəcək?".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "1 dəqiqə" proqramında deyib. Müğənni keçmiş həyat yoldaşından, onun ikinci ailəsindən danışıb:

"Elə bilirdim ki, elə o halda qalacağam. Onu üçün o qədər yandım. İndi də yadıma düşəndə ağlayıram. Onu sevmişəm. Balalarımın atasıdır. Gözümü açıb onu görmüşəm.

İndi onun həyat yoldaşı ilə bacı kimiyik. Bir yerdə rəhmətlik yoldaşımın qəbri üstünə gedirik. Ona nə aiddirsə, mənə əzizdir, doğmadır. Onun oğlu evimin ən əziz adamıdır. Onunla bir yerdə Moskvaya getmişdik. Bir də görürsən Kərimin (oğlu-red.) işi olur, mən onunla gedirəm. Bir otaqda yatırıq. Elə bilirəm ki, öz balamdır".

 


Loading...
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar