`Kəpəz` iki braziliyalı futbolçu ilə müqavilə bağlayıb
26.01.2018 815 0.0 0

 “Kəpəz” daha iki futbolçu ilə münasibətləri rəsmiləşdirib.

Məlumata görə, Gəncə klubu braziliyalı yarımmüdafiəçilər Dario Frederiko və Dieqo Souza ilə müqavilə bağlayıb. Onlar müvafiq olaraq cari mövsümün sonunadək və bir illik sözləşmələrə imza atıblar.

Frederiko əvvəlki iki mövsümdə də “Kəpəz”in heyətində çıxış edib.

Qeyd edək ki, Gəncə təmsilçisi qış fasiləsində Murad Səttarlı (“Zirə”), Roman Hüseynov ("Qəbələ", icarə), Samir Zərgərov ("Keşlə"), Tərzin Cahangirov ("Neftçi"), Sergey Litovçenko ("Dinamo", Gürcüstan), Giuli Manjqaladze ("Samtredia", Gürcüstan), Tərlan Qasımzadə ("Sabah") və Tural Nərimanovu heyətinə qatıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar