`İnter` son dəqiqələrdə vurduğu qolla `Milan`ı məğlub edib - VİDEO
16.10.2017 740 0.0 0

Futbol üzrə İtaliya A Seriyasının VIII turunda mərkəzi görüş "İnter" və "Milan" komandaları arasında keçirilib.

Məlumata görə, "Cüzeppe Meatsa" stadionundakı qarşılaşma nominal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

"İnter"in hər 3 qolunu Mauro İkardi vurub. O, 28-ci, 63-cü və penalti ilə 90-cı dəqiqədə fərqlənib. "Milan"dan isə 56-cı dəqiqədə Suso, 81-ci dəqiqədə Cakomo Bonaventura qola imza atıb.

Bu qələbə sayəsində xallarını 22-yə çatdıran "İnter" 2-ci pillədə qərarlaşıb. 12 xala malik "Milan" isə 10-cudur./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar