Tarix: 03.12.2016,   Saat: 19:36, Şənbə.          

`Həmişə keçmişəm, keçəcəm də` - Reyddə gərgin anlar - VİDEO

19 manata görə mübahisə etdilər
 
Gəncədə taksi fəaliyyəti ilə məşğul olanlara qarşı keçirilən reyd qanunun tələblərinə tabe olmayan sürücülərin ödənişə cəlb edilməsi ilə nəticələnib.
 
ARB TV xəbər verir ki, ötən ay Gəncədə taksi fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçənlərin cəmi 1,5 faizi fərqlənmə nişanı alıb.
 
Göstəricinin məqbul olmaması Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin işçilərini reydlərə başlamağa vadar edib.
 
Şəhərdaxili taksi fəaliyyəti üçün müəyyən edilən məbləğ isə ayda 19 manat 50 qəpikdir. Bunu ödəmədən sükan arxasına əyləşənlərin bir qismi reyd zamanı ödənişə cəlb edilib.
 
Sürücü: "Həmişə keçmişəm, keçəcəm də"
 
Eşqin Məmmədov -sürücü: “Almışam, indi vaxtı qurtarıb. İndi alacam. Müəllim deyir problem deyil, gedib alacam”.
 
Gəncənin müxtəlif ərazilərində taksi fəaliyyəti ilə məşğul olmağı göstərən 24 nişan qoyulub. Lakin buna baxmayaraq bəzi taksi sürücüləri hələ də qadağan olunan yerlərdə taksi fəaliyyəti ilə məşğul olur.
 
Elmar Əhmədov -Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin sektor müdiri: “Oktyabrın 26-dan şəxsən əməkdaşlarımızla birlikdə Gəncə ərazisində fəaliyyət göstərən taksi sürücülərinə yaxınlaşıb şifahi məlumatlar veririk. Bəzi avtomobillər var ki, onlar taksi fəaliyyəti ilə məşğul olmalı deyillər. Ancaq onlar fəaliyyət göstərirlər. Biz onların qarşısını alırıq. Çünki hər bir vətəndaşın taleyi onların əlindədir. Ona görə də onları biz texniki müayinəyə dəvət edirik”.
 
Reyd zamanı taksi fəaliyyəti ilə məşğul olan 20 sürücü fərqlənmə nişanı almaq üçün ödənişə cəlb edilib./musavat.com/
 


  Bölmə: Gündəm | Baxış sayı: 2010 | Tarix: 08.11.2016, 21:11


Xəbərlər