`Facebook`ın işində nasazlıqlar müşahidə olunur
27.08.2019 552 0.0 0

Bir sıra ölkələrdən olan "Facebook" istifadəçiləri sosial şəbəkədə olan nasazlıqlardan şikayətlənirlər.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə "Downdetector" saytında bildirilib.

Məlumata əsasən, problemlər barədə daha çox İngiltərə və Almaniyada qeydə alınıb. Həmçinin Fransa, ABŞ, və İspaniya sakinləri də sosial şəbəkənin xidmətindən yararlanmaqda çətinliklərlə üzləşiblər.

İstifadəçilərin əksəriyyəti (30%) xəbər lentası ilə bağlı problemlərdən şikayət edir, istifadəçilərin 39%-i sosial şəbəkənin işləməməyi, 30% -i isə "Facebook"-a girişdə problem yaşayır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar