`Bavariya`nın baş məşqçisi Karlo Ançelotti istefaya göndərilə bilər
28.09.2017 693 0.0 0

Almaniyanın “Bavariya” komandasının baş məşqçisi Karlo Ançelotti bu gün istefaya göndərilə bilər. Məlumata görə, bu barədə "Bild" nəşrinin baş redaktoru Kristian Falk “twitter” hesabında yazıb.

O, bildirib ki, bu gün Münhen klubunun rəhbərliyi ilə 58 yaşlı italiyalı mütəxəssis arasında görüş keçiriləcək. Toplantıdan sonra Ançellotinin vəzifəsindən uzaqlaşdırılacağı gözələnilir.

Qeyd edək ki, “Bavariya” ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində Fransada PSJ-yə 0:3 hesabı ilə uduzub. Münhenlilər Bundesliqada 6 turdan sonra 13 xalla 3-cü pillədə qərarlaşıb. Karlo Ançelotti 1 iyul 2016-cı ildən Almaniya təmsilçisinə rəhbərlik edir. Onun komandası ötən mövsüm ölkə çempionu olub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar