`Bavariya` `Fənərbaxça`nı darmadağın edib
31.07.2019 797 0.0 0

Almaniyanın "Bavariya" klubu "Audi Cup" turnirinin ½ final matçında Türkiyə "Fənərbaxça"sını darmadağın edib.

“Report” xəbər verir ki, Münhenin "Alyans Arena" stadionunda keçirilən görüş 6:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Münhen klubunun heyətində Tomas Müller het-trik edib. Bundan əlavə Renatu Sanşeş, Leon Qoretska və Kinqsli Koman hərəyə bir dəfə fərqlənə bilib. Türkiyə klubunun təsəlli qolunu alman forvard Maks Kruze vurub.

"Bavariya" bu qələbə sayəsində finala vəsiqə qazanıb və əsas matçda İngiltərə "Tottenhem Hotspur"u ilə qarşılaşacaq. Oyun 31 iyul Bakı vaxtı ilə 22:30-da başlayacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar