`Barselona` autsayderlə oyunda mühüm xallar itirib - VİDEO
02.03.2018 1098 0.0 0

Futbol üzrə İspaniya çempionatının 26-cı turunda "Las-Palmas" öz meydanında "Barselona"nı qəbul edib.

Qazeta.info “Report”-a istinadla xəbər verir ki, "Qran Kanariya" stadionunda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb.

Oyunda hesabı qonaqlar açıb. 21-ci dəqiqədə Lionel Messi fərqlənib. Fasilədən 11 dəqiqə sonra oyunun baş hakimi Mateu Laos Kataloniya klubunun qapısına penalti təyin edib. Forvard Honatan Kalyeri 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

"Barselona" 66 xal ilə turnir cədvəlində liderliyini davam etdirir, "Las-Palmas" (20) 18-ci yerdə qərarlaşıb.

İspaniya Primerosu. 26-cı tur

"Las-Palmas" – "Barselona" - 1:1

Qollar: 0:1 – Messi – 21, 1:1 – Kalyeri – 48 (pen).

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar