`Ailəmizin ölkədən çıxışına qadağa qoyulub` - Çovdarovun oğlu
07.11.2016 706 0.0 0

“Bu gün hamıya bəllidir ki, Akif Çovdarov işi üzrə ittiham aktı bütün media nümayəndələrinin, saytların əlinə hansısa yolla keçib. Baxın, görün, bu cinayət işində adı keçən “zərərçəkmişlər” kimlərdir”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri gününsesi.info saytına müsahibəsində həbsdə olan keçmiş MTN generalı Akif Çovdarovun oğlu Ruslan Çovdarov deyib. R. Çovdarov bildirib ki, atası ilə bağlı yaranmış vəziyyətdən istifadə edənlər var. “Bizdə məşhur el məsəlinin “yıxılana balta çalınır” durumunun şahidiyik”.

“Atanın həbsindən sonra ailənizə məxsus villalar, daşınmaz əmlaklar ortaya çıxdı. Bunları general maaşı ilə əldə emək mümkündürmü?” sualına cavab olaraq R. Çovdarov deyib ki, ailənin bir evi, bir bağ evi və bir də dövlət tərəfindən verilən mənzili olub: “Atamı tanıyanlar bilir ki, o, 1996 cı ildən 2004 cü ilə qədər Rusiyada taxta – şalban istehsalı və satışı ilə məşğul olan ən böyük iş adamlarından biri olub. Qalanları qohum əqraba, əmi-dayıya məxsus evlərin, mülklərin atamın adına çıxılması nə dərəcədə düzgündür? Nəsildə, ailədə bir vəzifəli şəxs varsa, deməli hamı kirayədə qalmalı, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamalı və hamı generalın əmək haqqısı ilə dolanmalıdırlar?”.

“Akif Çovdarovu tanıyanlar bilir ki, necə ürəyə sahib olub, qapısına kömək məqsədi ilə gələni heç vaxt geri qaytarmayıb” deyən R. Çovdarov atasının xeyirxah işlərlə məşğul olduğunu da qeyd edib: “Atamın həbsindən sonra nəinki, bizim ailə və nəslin nümayəndələri, hətta 10-cu dərəcəli qohumlarımız istər dövlət, istərsə də özəl sektordakı işlərindən kənarlaşdırılıblar. Özümüzün, digər doğmalarımızın əmlaklarına həbs, ailəmizin ölkədən çıxışına məhdudiyyət qoyulub”.

Qeyd edək ki, A.Çovdarov “MTN” işi ilə bağlı 26 epizod üzrə ittiham olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar