`20 Yanvar` şəhidlərinin Vikipediya səhifəsi yaradılıb
19.01.2017 924 0.0 0

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının əməkdaşları tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olanların Vikipedia səhifəsi yaradılıb.

 

Kitabxanadan verilən məlumata görə, səhifədə şəhidlərdən 85 nəfəri haqqında məlumat əksini tapıb.

 

 

Qeyd olunub ki, şəhidlər haqqında gələcək nəsillərin məlumat əldə edə bilməsi üçün bu səhifə çox faydalı olacaq. Həmin məlumatların beynəlxalq ictimaiyyətə təqdim edilməsi üçün ingilis və rus dillərinə tərcüməsi də planlaşdırılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar