8 körpəsini qətlə yetirmiş qadına 9 illik həbs cəzası verilib
03.07.2015 621 0.0 0

Fransada 8 övladını qətlə yetirmiş qadına 9 illik həbs cəzası verilib.

“The Local” nəşrinə istinadən verilən məlumata görə, fərdi evlərdə tibb bacısı işləyən 51 yaşlı Dominik Kottre 1989-2000-ci illər ərzində dünyaya gətirdiyi uşaqların hamısını öldürülüb.
 
Məlum olub ki, qadın uşaq vaxtlarından öz valideyni ilə intim münasibətdə olduğu üçün dünyaya gətirdiyi körpələrin atasının məhz onun olduğunü düşünüb və bu üzdən onları boğub. Lakin testlər göstərib ki, körpələrin atası qadının əri Pyer Mari Kottre olub.
 
D. Kottre artıq çəkidən əziyyət çəkdiyi üçün ətrafdakılar onun hamilə olduğunu bilməyiblər. Qadın uşaqları öz evində hamam otağında dünyaya gətirirmiş, sonra onları boğaraq meyitlərini evin yaxınlığında gizlədirmiş. Körpələrin bəzilərinin meyitləri qarajda, digərlərinin isə paltar dolablarında tapılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar