7 nəfərin zəhərlənməsinə səbəb olan şəxsə cinayət işi açıldı
13.01.2016 689 0.0 0

Qazeta.info Baş Prokurorluğuna istinadla bildirir ki, Dekabrın 28-də saat 20 radələrində paytaxtın Ziya Bünyadov prospektində yerləşən “Bakı Tikinti Konstruksiyaları” ASC-nin həyətində fiziki şəxs Elçin Rəhimov tərəfindən icarəyə götürülmüş metal qəbulu məntəqəsinin ərazisində metal tullantısı kimi qəbul edilmiş dəmir balondan qaz sızması nəticəsində yaxınlıqdakı taxta sexinda fəhlə işləyən Rzaağa Heydərov, Yaşar Xancanov, Yusif Kərimov, Rövşən Əbdülhəmidov, Xaqani Nurəliyev, Pərviz Əbdülhəmidov və Cabbar Əliyevin zəhərlənərək xəstəxanaya yerləşdirilmələri barədə hüquq mühafizə orqanlarına daxil olmuş məlumat  əsasında Nərimanov rayon prokurorluğunun, rayon polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş, digər zəruri tədbirlər yerinə yetirilmişdir. Zərərçəkmiş şəxslərə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılmışlar.

Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq)  maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar