77 nəfəri öldürən Breyvik adını dəyişib
12.06.2017 635 0.0 0

2011-ci ildə Norveçdə 77 nəfəri öldürən Anders Breyvik adını dəyişdirib.

 

NTV-yə istinadən verilən məlumata görə, onun yeni adı Fyotolf Hansendir.

 

A. Breyvikin vəkili ad dəyişmənin səbəbinin açıqlanmayacağını bildirib.

 

Xatırladaq ki, 2011-ci ildə Anders Breyvikin törətdiyi terror zamanı 77 nəfər ölüb, 240 nəfər yaralanıb. O əvvəlcə parlament binası qarşısında park etdiyi nəqliyyat vasitəsini partladaraq 8 nəfərin ölümünə səbəb olub, sonra isə 69 nəfəri silahla vuraraq qətlə yetirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar