722 şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb
30.08.2016 665 0.0 0

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.
 
Nazirlikdən verilən məlumata görə, 26 avqust tarixinə vergi borcu olduğuna görə 410 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 11 nəfər xarici vətəndaş da var.
 

 Bildirək ki,  Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.
 
Nazirlikdən verilən məlumata görə, 26 avqust tarixinə vergi borcu olduğuna görə 312 şəxsin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında xarici ölkələrin 3 vətəndaşı da var.
 
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb./apa/  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar