70 manata görə 8 illik həbs cəzası aldı-Azərbaycanda
30.01.2017 797 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Orxan Xurşudlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm  oxunub.
 
Hökmə əsasən, O. Xurşudlu 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Yasamal rayon 29-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il iyunun 22-də Orxan Mürsəlovun 70 manat pulunu quldurluq yolu ilə almış Şirvan şəhər sakini Orxan Xurşudlu tutulub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar