6 uşağı və ananı evdə parçaladılar
04.08.2015 729 0.0 0

Rusiya dəhşətli qətl baş verib. 

Məlumata görə, mənzildən 6 uşaq və ananın parçalanmış cəsədləri aşkar olunub. Hadisə Novqorod şəhərində baş verib.

Mənzildə tapılan parçalanmış bədənlərin bir ailəyə məxsus olduğu ehtimal edilir. Cəsədlər 6 politilen paketdə aşkar edilib. Hadisə haqqında polisə ilk məlumatı uşaqların nənəsi V.Zaytseva verib.

Polislər hazırda ailə başçısı olan atanın axtarışı ilə məşğuldur. Qətlin 1963-cü il təvəllüdlü Oleq adlı dini sekta üzvü tərəfindən törədildiyi ehtimal edilir.

 


Qətili törətdiyi ehtimal edilən şəxs


Bundan əvvəl Rusiyanın İstintaq komitəsi Novqorod şəhərində bir ailənin 8 üzvünün (ana, ata və altı azyaşlı uşaq) itkin düşməsi haqqında məlumat yayıb. Hüquq-mühafizə orqanları qalıqların itmiş uşaqlara və onların anasına aid ola biləcəyini deyirlər.

Qətli araşdırmaq üçün Rusiya Federasiyasının istintaq komitəsinin mərkəzi aparatının kriminalistləri hadisə yerinə ezam olunublar./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar