5 min qutu siqareti Azərbaycan sərhəddində tutuldu
10.12.2015 511 0.0 0

Qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaretin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Qazeta.info bildirir ki, Xidmətdən Trend-ə verilən məlumata görə, külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Belə ki, Qusar rayonun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində əldə olunan əməliyyat məlumatı əsasında həyata keçirilən axtarış tədbirləri nəticəsində Azərbaycana gətirilməsi üçün dövlət sərhədində kolluq ərazidə gizlədilmiş 4 bağlamada 2050 qutu “Marlboro”, 740 qutu “Richmond”, 2010 qutu “Parlament” və 200 qutu “Kent” markalı siqaretlər aşkar edilərək götürülüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar