Tarix: 08.12.2016,   Saat: 00:16, Cümə axşamı.          

594 müəssisə rəhbərinə qadağa - SİYAHI

Vergilər Nazirliyi tərəfindən vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin adları açıqlanıb.

Qazeta.info bildirir ki, bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərləri



  Bölmə: Ölkə | Baxış sayı: 230 | Tarix: 14.10.2016, 10:46


Xəbərlər