52 yaşlı kişi özünü asıb
10.01.2017 939 0.0 0

Zaqatalada kişi özünü asaraq, intihar edib. 

 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu gün saat 08:30 radələrində rayonun Aşağı Tala kəndində kənd sakini, 1965-ci il təvəllüdlü Eldar Həsən oğlu Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki  yardımçı tikilidə aşkarlanıb. İki övlad atası olan E. Ramazanovun həyatına qəsd etməsinin səbəbi məlum deyil.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar