520 milyon dollarlıq stadion boş qaldı (FOTO)
16.04.2015 1691 0.0 0

2014-cü ildə Braziliyada keçirilən dünya kuboku üçün inşa edilən 72 minlik "Mane Garrincha" stadionu sahibsiz qalıb. 

Məlumata görə, stadiondan istifadə edilmədiyi üçün buradan artıq avtobus qarajı kimi istifadə edilir. 

350 milyon funt sterlinq (təqribən 520 milyon dollar) inşa edilən və Londondakı "Wembley" stadionundan sonra ikinci ən bahalı stadion atılmış vəziyyətdədir. 

Stadion böyük olduğu üçün heç bir klub burada matçlarını keçirmək istəmir. Ümumiyyətlə kubok oyunlarından sonra burada 10 min izləyici belə çətinliklə toplanır. 

Stadionun aylıq xərci isə 130 min funt sterlinqdir (192 min dollar). Gəlir əldə etmək üçün bəzi hissələr ofis kimi kirayəyə verilib. 

Bir hissəsində isə avtobus qarajı kimi 400 ictimai nəqliyyat vasitəsinə xidmət edir./anspress/

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar