50 il sonra Feysbuku "ələ keçirəcəklər"
30.04.2019 483 0.0 0

Feysbukda sahiblari ölmüş profillərin sayının sürətlə artdığı və 50 il sonra yaşayan istifadəçilərinin sayını üstələyəcəyi bildirilib. Dünya şöhrətli Oxford Unversitetinin İnternet institutu tərəfindən aparılan araşdırmalara görə, 2012 ci ilə kimi, 30 milyo "istifadəçisinin" ölü olduğu məlum olan Feysbukun, 2070-ci ilə kimi bu rəqəmin 5 milyarda qədər yüksələcəyini proqnozlaşdiriblar. 

Qazeta.info Türkiyə mətbuatına istinadla bildirir ki, bu günə kimi 2 milyard istifadəçisi olan Feysbukun, 8000-ni dünyasını dəyişənlərdən ibarət olduğu hesab edilir.

Karil Ohman və Devid Vatson tərəfindən aparılan araşdırmaya görə, sosial şəbəkələr indiki artımı ilə, yəni 100 də 13 sürətlə artdığı halda, dünyasını dəyişmiş istifadəçilərin sayı, bu əsrin sonuna kimi 4.9 milyardı keçəcək.

İstifadəçi sayının 2018 ci ildən artmadığı nəzərə alınan araşdırmaçıların açıqlamasına görə, bu gediş ilə 2070 ci ildə ölmüş istifadəçilərin sayının 1.4 milyard olacağı bildirilib.Bu isə öz növbəsində ölü istifadəçilərin, yaşayan istifadəçilərdən çox olması deməkdir.

Araşdırmaların nəticəsində geniş müzakirəyə səbəb olan bu profillərin, tarixçilər, arxivçilər və folklorşünaslara verilməsinin lazım olduğu bildirilib. Bunu rəqəmsal məzarlaq adlandıran müzakirə iştirakçıları, bu səhifə və profillərdə toplanan məlumatların gələcək nəsillərə üçün tarixə işıq tutan bir miras olduğu qənatindədirlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar