3 yaşlı uşaq bir yaşlı qardaşını tapança ilə öldürüb
02.10.2016 846 0.0 0

ABŞ-ın Makdono şəhərində (Corciya ştatı)  üç yaşlı oğlan uşağı tapança ilə oynayarkən bir yaşlı qardaşını öldürüb.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, güllə uşağın başından dəyib. Yaralı xəstəxanaya çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Məlumata görə, silah ailə üzvlərindən birinə məxsus olub.

 

Polis ölən uşağın oynayarkən təsadüfən özünə atəş açdığını da istisna etmir.

 

Silah ekspertizaya göndərilib. Araşdırmalar aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar