'Vikiliks' Obamanın gizli məktublarını yaydı
21.10.2016 660 0.0 0

“Vikilikis” saytı ABŞ Prezidenti Barak Obamanın iki elektron ünvanını və bir neçə məktubunu yayımlayıb.

 

Məlumata görə, açıqlanan hər iki elektron ünvan hazırda istifadə olunmur. Yayımlanan 7 məktubun altısı isə  Obamaya 2008-ci ildə göndərilib. Onlardan 3-ü 4 noyabr 2008-ci il, yəni Obamanın prezident seçildiyi gün yazılıb.

 

Prezident seçkilərindən əvvəl yazılan məktubların birində nazir postlarına gətiriləcək şəxslərin adları qeyd olunub. Məktubların müəllifi isə Obamanın müşaviri olmuş Maykl Formandır.

 

Forman milli azlıqların nümayəndələrinin də adlarının hökumətin tərkibində yer alacaq şəxslərin siyahısına daxil edilməsini istəyib.

 

“Vikiliks”in məlumatın a görə, ikinci siyahıda Obamanın komandasına daxil ola biləcək qadınlardan bəhs olunub. Lakin həmin sənədlərdə konkret ad və soyad yoxdur.

 

Göründüyü kimi, Obama müşavirinin məsləhətinə qulaq asıb. İlk hökumətdə prezidentin komandasına 4 qadın daxil oldu – dövlət katibi Hillari Klinton, Ədliyyə naziri və baş prokuror Erik Holder və Asiya mənşəli 3 qadın. 

 

Seçki günü Obamaya göndərilən məktubda onun noyabrın 15-də (2008-ci il) Vaşinqtonda keçiriləcək G-20 sammitində iştirakı müzakirə olunub. Məktubda qeyd olunub ki, bəzi məsləhətçilər yeni seçilmiş prezidentə bu tədbirdən imtina etməyi təklif ediblər. Çünki Obama prezident səlahiyyətlərini yalnız inauqurasiya mərasimindən sonra icra edə bilərdi. Ona görə də ABŞ-ı həmin sammitdə Corc Buş təmsil etdi./axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar