Tarix: 10.12.2016,   Saat: 09:00, Şənbə.          

'BakuBus' sərnişinlər üçün yenilik edib

Sərnişinlərin maarifləndirilməsi və sərnişindaşıma fəaliyyətini daha səmərəli təşkil etmək məqsədi ilə “BakuBus” avtobuslarının salonunda mütəmadi olaraq sərnişinlər üçün təhlükəsizlik və davranış qaydalarının səsləndirilməsinə başlayıb. 

Şirkətin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev "Report"a bildirib ki, gün ərzində “BakuBus” avtobuslarında səsləndiriləcək məlumatlarda paytaxt sakinləri və şəhərin qonaqları əsasən ictimai nəqliyyatdan təhlükəsiz istifadə qaydalarını dinləyəcəklər. 

Eyni zamanda sərnişinlər mənzil başına çatdıqdan sonra avtobusdan təhlükəsiz enib yolu necə keçmək və digər məlumatlarla tanış olacaqlar.



  Bölmə: Gündəm | Baxış sayı: 146 | Tarix: 18.10.2016, 01:46


Xəbərlər