30.000 manat dəyərində telefon aksesuarları oğurlayan şəxs tutulub
27.10.2017 600 0.0 0

Mağazaların birindən 30.000 manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Eşqin Nəbiyev saxlanılıb

Qazeta.info Daxili İşlər Nazirliyinin məlumatına əsasən bildirir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Azadlıq prospektindəki mağazaların birindən 30.000 manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən, orada satıcı işləyən paytaxt sakini Eşqin Nəbiyev saxlanılıb.


Digər xəbərlər:
Şərhlər
avatar