2 min İŞİD-çi PKK-ya qoşuldu
26.12.2016 1131 0.0 0

İŞİD-in 2 min silahlısı PYD və YPG sıralarına qoşulub.

Xəbər 7-yə istinadən məlumat verilir ki, PKK bu məqsədlə Mosulun qərbində Sincar dağında yeni düşərgə yaradıb.

Burada İŞİD-in 2 min silahlısı təlim keçir.

Ninova tayfalar məclisinin sözçüsü Muzahim Huveyt İŞİD-dən PKK sıralarına keçənlərin sayının artdığını deyib.

Onun sözlərinə görə, əvvəllər PKK-nın 1836 silahlısı İŞİD-ə qoşulub. Onlar İŞİD tərkibində terror hücumları hazırlamaqda fəal iştirak ediblər.

İndi həmin silahlılar və onlara qoşulanlar yenidən PKK sıralarına üz tutublar./Axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar