28 iyulda gözlənilən hava şəraiti- XƏBƏRDARLIQ
27.07.2017 962 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

 

 

 

 

Bakıda və Abşeron yarımadasında 


İyulun 28-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında


İyulun 28-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında iyulun 28-29-da havanın maksimal temperaturunun 34-39 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 28-dən ayın sonunadək hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacaq. Qərb küləyi əsəcək, iyulun 29-u gündüzdən iyulun 31-dək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar