27 yaşlı türk qadını qəzadan sonra rus dilində danışdı
10.10.2017 1036 5.0 0

Avtomobil qəzası keçirən 27 yaşlı Xədicə 10 gün reanimasiyada qaldıqdan sonra rus dilində danışmağa başlayıb.

Qazeta.info Publika.az -a istinadla xəbər verir ki, hadisə 2 uşaq anası olan Xədicə Tatlıerin yaxınlarını çox narahat edib. Onlar Xədicənin rus dilini bilmədiyini iddia etsələr də, qadın rus dilində çox təmiz danışır.

Xəstəxananın nevropatoloqu bu kimi travmalarda dil dəyişikliyinin ola bilmə ehtimalının normal olduğunu deyib:

“Çox nadir rast gəlinsə də, ağır kəllə-beyin travmaları zamanı bu vəziyyət müşahidə edilir. 1940-cı ildən bu günə qədər yalnız 60 xəstədə belə dəyişiklik müşahidə edilib. Xədicə isə 61-cidir. Təəssüf ki, dəqiq vaxt demək olmur, bu zamanla öz-özünə düzələ bilər. Amma dəqiq heç nə demək olmur”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar