27 apreldə gözlənilən hava şəraiti
26.04.2017 833 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

Aprelin 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz  olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-9, gündüz 15-20, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 770 mm civə sütunu,  nisbi rütubət  gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında

Aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar