26 nəfər günvurma diaqnozu ilə təcili yardım xidmətinə müraciət edib
09.07.2015 561 0.0 0

Təcili yardım xidmətinə günvurma diaqnozu ilə 26 müraciət daxil olub
 Havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından etibarən 09.07.2015-ci il tarixinədək Bakı Şəhər Təcili Tibbi Yardıma gündiavurma diaqnozu ilə müraciət edənlərin sayı 26 nəfər olub. Qazeta.info 
Səhiyyə Nazirliyinın məlumatına əsasən bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət etmiş şəxslərdən 8-ə orta dərəcəli günvurma diaqnozu qoyulmuş və stasionara yerləşdirilmişdir. Müraciət edənlərin hər birinə lazımi tibbi yarım göstərilmiş və evlərinə buraxılıb.
Əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən gün vurma halları ilə müraciət etmiş vətəndaşların müraciətləri Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınır və nəzarətə götürülür. Vətəndaşlardan günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, çoxlu sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur.
May ayından etibarən 09.07.2015-ci il tarixinə kimi ilan sancması diaqnozu ilə ümumilikdə 34 nəfər Respublika Toksikologiya Mərkəzinə müraciət etmişdir. İlan sancma hallarının əksəriyyəti Bakı və ətraf rayonların payına düşür.
Yuxarıda qeyd olunan tarixdən bu günə kimi əqrəb sancması diaqnozu ilə 4 nəfər müraciət etmişdir. Müraciət edənlərin hər birini xilas etmək mümkün olmuşdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar