268 min dollarlıq maşın yolda alovlandı - FOTO
21.02.2017 1214 0.0 0

İngiltərənin Linkoln şəhərinin yaxınlığındakı yolda dünyanın ən bahalı avtomobillərindən biri olan McLaren 650S Spider alışaraq yanıb.

Daily Mail-ə istinadən bildirilir ki, avtomobilin qiyməti 268 min dollardır.

Avtomobilin sükanı arxasındakı gənc qadın maşından düşüb supermarketə yollanmışdı. O, marketdə olanda McLaren qəflətən alışıb.

Olayın fotolarını 59 yaşlı əri Con Hagenlə birlikdə restorana yollanan 45 yaşlı Bekki Hagen çəkib.

Polisdən verilən məlumata görə, yanğının səbəbi McLarenin mühərrikinin alışmasıdır./Milli.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar