22 yaşlı ana doğuş zamanı ölüb
11.12.2016 991 0.0 0

Gəncədə qadın doğuş zamanı ölüb. Məlumata görə, hadisə şəhərin Abbas Səhhət adına xəstəxanasında qeydə alınıb. Şəhər sakini 1994-cü il təvəllüdlü Səbinə Allahverdiyeva xəstəxanada doğuş zamanı ölüb. Məlumata görə,  S.Allahverdiyeva ilk övladını dünyaya gətirirmiş. Doğuş zamanı ana dünyasını dəyişsə də, uşaq sağ qalıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar