21 avqustda gözlənilən hava şəraiti-Xəbərdarlıq
21.08.2016 914 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

Avqustun 21-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək,  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 35-38, yarımadanın bəzi yerlərində 40, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 25-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında

Avqustun 23-dək isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcə  isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında

Avqustun 21-  hava şəraitinin yağmursuz keçəcəyi, şərq küləyinin  əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20,  gündüz 26-31 dərəcə isti olacaq.

Xəbərdarlıq

Azərbaycanın rayonlarında

Avqustun 23-dək ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu 35-40, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42 dərəcəyədək isti olacağı gözlənilir.


Digər xəbərlər:
Şərhlər
avatar