2021-ci ilin ən populyar ağıllı saatları məlum olub
01.12.2021 364 0.0 0

2021-ci ilin sonunda ağıllı saatlar bazarında güc balansı dəyişib. İlk üçlük indi “Apple”, “Samsung” və “Amazfit”dən ibarətdir.

Bildirək ki, bu qənaətə “Counterpoint Research” beynəlxalq araşdırma şirkətinin mütəxəssisləri gəliblər.

İlin üçüncü rübündə ağıllı saatların satışında birinci yeri 21,8 % satış payı ilə “Apple” tutur. “Samsung” 14,4 % payla ikinci yeri tutub ki, bu da “Samsung Galaxy Watch4” xəttinin uğuru sayəsində satışları artırıb.

Üçüncü yeri “Amazfit” tutur. Brendin qlobal tədarükləri rekord həddə - 9,9 milyon cihaz və ya bazarın 5,8 faizini təşkil edib.

“International Data Corporation” tədqiqat şirkətinin məlumatına görə, 2021-ci ilin ilk doqquz ayında “Amazfit”in ümumi qlobal tədarükləri 27,8 milyon ədədə çatıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar