2019-cu ildə vəfat edən Azərbaycan məşhurları - SİYAHI
18.12.2019 662 0.0 0

Hər il mədəniyyətimizə, sənətimizə, idmanımıza, ədəbiyyatımıza, ictimai və siyasi həyatımıza əhəmiyyətli töhfələr verən məşhur insanları itiririk.

Bu insanlar öz yaradıcılığı ilə ölkəsi, cəmiyyəti və xalqın xidmət ediblər.

2019-cu ildə bizi tərk edən, lakin adları xalqın yaddaşında əbədi qalacaq yerli məşhurların xatirəsini ehtiramla yad etməyi təklif edirik:

27 yanvar - Qaydasız döyüşlərdə Azərbaycanın məşhur idmançısı Xamis Məmmədov vəfat etdi.

23 mart - Həyatının 41-ci ilində ağır bir xəstəlikdən, məşhur meyxanaçı Aydın Xırdalanlı (Aydın Quliyev) vəfat etdi.

9 may - Ömrünün 86-cı ilində Azərbaycan bəstəkarı, SSRİ və Azərbaycanın xalq artisti Arif Məlikov vəfat etdi.

24 iyun - Azərbaycan jurnalistikası tarixini tədqiq edən professor Şirməmməd Hüseynov vəfat etdi.

14 sentyabr - Milli rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq Rəssamı, fərdi prezident təqaüdçüsü Tahir Tahirov vəfat etdi.

24 sentyabr - Ləğv edilmiş Azərbaycan Tələbə Qəbulu Dövlət Komissiyasının keçmiş sədri Vurğun Əyyub vəfat etdi.

26 sentyabr - Ukraynada yaşayan azərbaycanlı müğənni Cəfər Behbudov vəfat etdi.

13 oktyabr - Ömrünün 78-ci ilində AMEA akademiki, filologiya elmləri doktoru, professor, BSU-nun ilahiyyat fakültəsinin dekanı, Azərbaycanın əməkdar elm xadimi Vasim Məmmədəliyev vəfat etdi.

6 dekabr - Milli Məclisin deputatı Yevda Abramov vəfat etdi.

10 dekabr - Kinorejissor, Azərbaycanın xalq artisti Yalçin Əfəndiyev vəfat etdi./Baku.ws/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar